Maşın oğrularından silah və narkotik də çıxdı

Bakıda avtomobil oğurlamış şəxslərdən narkotik vasitə və tapança aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis idarəsi 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Bayram Əliyevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Göyçay rayon sakini Müşfiq Mikayılov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Xəlilov tutulublar. N.Xəlilovun üzərinə baxış zamanı "Revolver" tipli tapança, 2 ədəd patron və 10,157 qram heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların avtomobili Ağdaş rayon sakini Zaur Əliyevə satmaq üçün vermələri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Əliyev də saxlanılıb və ondan 2,280 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31