Bakı-Quba-Rusiya yolunda maşın aşdı: 1 ölü

“Mercedes-C230” markalı avtomobildə olan yaşlı qadın dünyasını dəyişib

Bu gün səhər saat 09:25 radələrində Bakı-Quba-Rusiya yolunun 58-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsinin müstəntiqi Arzu Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Babək rayon sakini Hüseyn Məhəmməd oğlu Zamanovun idarə etdiyi "Mercedes-C230" markalı, 90 GX 735 dövlət nömrə nişanlı avtomobili yolun sağ tərəfinə çıxararaq aşırıb.
Nəticədə sürücü xəsarət almasa da, onun sərnişinlərindən bir yaşlı qadın ölüb, digər orta yaşlı kişi xəsarət alıb.
Qadının meyidi Xaçmaz rayon morquna, kişi isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31