Avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Nəticədə, "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb, xəsarət almış sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövaəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31