Şirvanda yeməkxana yanıb

Şirvan şəhərində vətəndaşa məxsus yeməkxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  ümumi sahəsi 60 kv.m olan yeməkxananın mətbəxinin yanar konstruksiyaları  yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Eyni zamanda, Zaqatala rayonu, Dombabinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31