Bakıda quldurluq edən iki gəncə 19 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Adil Soltanov və 1990-cı il təvəllüdlü Zeynal Qədirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə hər iki təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda müxtəlif vaxtlarda şəhər sakinlərinin qarşısını kəsərək, güc tətbiq etməklə əmlakları ələ keçirən 24 yaşlı Adil Soltanov və 25yaşlı Zeynala Qədirli şübhəli şəxs qismində saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31