Gömrük nəzarətindən gizlədilmiş 427 mobil telefon aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Niyaz Qurbanovun idarə etdiyi "QAZ-31029" markalı minik avtomobilinə gömrük nəzarəti keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış  zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş - 150 ədəd "C10" markalı, 49 ədəd "Nokia 101" markalı və 176 ədəd "X202" markalı mobil telefonlar aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31