Bakıda dələduz 9 il cəza aldı
2 May 2012 19:40 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Bakı şəhər sakininin işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədeə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən Fəxri Məlikov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Fəxri Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31