Nəqliyyat Departamentinə məxsus avadanlıqları oğurlayan şəxs tutulub
13 Fevral 2015 12:33 KriminalNəqliyyat Departamentinə məxsus avadanlıqları oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin oktyabrın 15-də saat 13:30 radələrində, Qobustan qəsəbəsi ərazisində yerləşən Nəqliyyat Departamentinə məxsus Tərəzi Nəzarət Məntəqəsindən pəncərəni sındırmaqla çoxsaylı məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəşid Məmmədov tutulub. R.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31