Bakıda başqasının bank hesabından 3000 manata yaxın pul oğurlayan şəxs tutulub

Bakıda vətəndaşın bank hesabından 3000 manata yaxın pulu oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin dekabrın 1-də Bakı şəhər sakini Vahid Sadata məxsus şəxsi bank hesablarından 2964 manat nağd pulu çıxararaq oğurlayan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Elxan Cahangirov tutulub. Faktla bağlı CM-nin 177-ci maddəsi ilə Cİ başlanıb, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31