Sevgilisini öldürənə ömürlük cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürüb, bir nəfəri qətlə yetirməkdə təqsirləndirilən İsmayıllı rayon sakini Xanlar Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat  verilib. Prosesdə təqsirləndirilən şəxsə hökm elan edilib. Məhkəmənin hökmü ilə Xanlar Məmmədov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, Xanlar Məmmədov 2011-ci il mayın 11-də İsmayıllının Cəlil Məmmədquluzadə küçəsi, 7 ünvanında qısqanclıq zəminində sevgilisi  Dilarə Vəliyevanı qətlə yetirib, onun qardaşı Ələkbər Vəliyevi isə yaralayıb. O Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5 və 29, 120.2.10-cu maddələri ilə təqsirləndirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31