Məşhur xanəndə həyat yoldaşı ilə qəzaya düşdü
12 Sentyabr 2012 19:18 KriminalTanınmış xanəndə Elnarə Abdullayeva avtomobil qəzası keçirib. Lent.az-ın məlumatına görə, müğənni səhər saatlarında Müşfiqabad qəsəbəsində həyat yoldaşı ilə şəxsi avtomobilində qəzaya uğrayıb.
Xanəndənin rəfiqəsi şairə Sevinc Akifqızı Lent.az-a açıqlamasında bildirib ki, Elnarə Abdullayeva və həyat yoldaşı hadisədən dərhal sonra Respublika xəstəxanasına yerləşdiriliblər. Akifqızının sözlərinə görə, yaralılar 5 saatlıq ambulator müayinədən sonra onlar evə buraxılıblar. Hadisə nəticəsində xanəndənin beli əzilib.
Sevic Akifqızı bildirib ki, hadisəyə səbəb xanəndənin olduğu avtomobilin qarşısına "KamAZ" markalı maşının çıxması olub. Müğənni avtomobili yoldan çıxarmaq istəyərkən qəzadan yayına bilməyib. Nəticədə onun idarə etdiyi avtomobil bir neçə dəfə aşıb.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən və ağır yaralanan olmayıb. Lakin müğənninin avtomobili yararsız hala düşüb.