“AMAY”ın sahibinin məhkəməsi başladı
12 Fevral 2015 16:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb. Trend-in Məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Əvvəlcə onların anket məlumatları dəqiqləşdirilib və daha sonta Abdulla Abdullayevin vəkilləri vəsatətlə çıxış edob. Vəkillər Abdulla Abdullayevin barəsində olan cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı fevralın 19-na təyin olunub.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız Abdulla Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər