Bakıda kimyəvi təmizləmə məntəqəsində oğurluq etmiş qadın tutulub

Bakıda kimyəvi təmizləmə məntəqəsində oğurluq etmiş işçi qadın tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Fəhmin Əlizadəyə məxsus kimyəvi təmizləmə məntəqəsində 4000 manat oğurlanıb. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, həmin məntəqədə işləyən Neftçala rayon sakini Mahizər Əsgərova tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31