Polisdən tapança əməliyyatı

Mingəçevir və Bakı sakinlərindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Həyat qəsəbə sakini Qadir Xudabaxşıyevdən "TT" markalı tapança götürülüb. Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qəşəm Əhmədovun evindən "Valter" markalı tapança və 1 patron aşkar edilərək götürülüb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əmirovdan "Naqan" markalı tapança və 4 ədəd tapança patronu götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31