Quba şəhər polisi xəbərdarlıq etdi
12 Sentyabr 2012 19:00 KriminalQuba şəhərinin Heydər Əliyev prospektində son 10 gün ərzində 5 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb 4 nəfər isə ağır dərəcəli bədən xəsarəti alıb. Qəzaların hamısı piyadaların vurulması ilə nəticələnib. Buna səbəbsə ərazidə aparılan təmir quruculuq işləri ilə əlaqədar olaraq , magistral yolda hərəkət intensivliyinin artmasıdır. "OLAYLAR" rtv.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti iki istiqamətli hərəkət zolağına malikdir.Şəhərdən çıxış və şəhərə giriş yolun bir tərəfi ilə həyata keçirildiyindən piyadalar yolu keçən zaman yalnız bir istiqamətə baxaraq hərəkət edir.Bu da yol nəqliyyat hadisələri baş verməsinə səbəb olur.
Quba rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları dərs mövsümünün başlaması ilə əlaqədar təhlükəsizlik aylığına start verib.Bu ay çərçivəsində məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində yol polisi əməkdaşları mütəmadi görüşlər keçirəcək. Şəhər mərkəzində olan tədris mərkəzlərinin qarşısında yol polisi inspektorları xidmət aparacaq.