Neft buruğunda partlayış: 3 ölü

Braziliyanın cənub-şərqində "Petrobras" şirkətinin neft buruğunda partlayış baş verib.APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 6 nəfər itkin düşmüş hesab edilir.Qeyd olunur ki, 32 fəhlə xilas olunaraq neft platformasından Vitoriya ştatına gətirilib. Hadisəyə ilkin səbəb kimi platformada istifadə olunan nasoslardan qaz sızması göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31