Keksin içindən tiryək çıxdı
13 Sentyabr 2012 04:37 KriminalPenitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,
həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qərib Qəhrəman oğlu Əliyevə vətəndaş Cəlal Əbdüləli oğlu Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman keks şirniyyat məmulatının içərisindən ümumi xalis çəkisi 13,458 qram narkotik vasitə olan "Tiryək" aşkar edilərək götürülmüşdür. Fakt üzrə araşdırma aparılır.