Avtomobilin əlavə yük yerində 383 mobil telefon aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Gürcüstan vətəndaşı Aleks Zirakaşvilinin idarə etdiyi "İJ 27156" markalı minik avtomobilinə gömrük nəzarəti aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, döşəmənin üstündə qaynaq ilə bərkidilmiş halda dəmir örtük aşkar olunub. Həmin örtüyün altından isə müxtəlif markalı, cəmi 383 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar: 347 ədəd qidalandırma cihazı, 349 ədəd akkumulyator, 349 ədəd karton qutu və 359 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31