Bakıda bir ailəni məhv edən sürücüyə AĞIR CƏZA
10 Fevral 2015 17:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmir Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Mehrəliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il E. Mehrəliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Babək prospektində 1987-ci il təvəllüdlü Mustafayev Vüqar Vaqif oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Mustafayeva Tünzalə Arif qızını vurub. Sürücü daha sonra isə hadisə yerindən qaçıb. Hər iki şəxs dünyasını dəyişib. Əraziyə gələn polis əməkdaşları ağlayan 4 yaşlı uşaq aşkarlayıblar. Sonradan məlum olub ki, uşaq ölən şəxslərin övladıdır və o, qaranlıq küçədə bir müddət tək qalıb.m V.Mustafayev Qazax rayonunun Astanbəyli kəndindən Bakıya tikintidə işləməyə gəlibmiş.