Polis paytaxtda avaralıq və dilənçiliyə görə 4 nəfəri saxladı
10 Fevral 2015 14:02 KriminalPolis paytaxtda avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılın. Onlar İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsi ilə protokol tərtib olunub və xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Qeyd edək ki, saxlanılanlardan 1-i qadın, 3-ü azyaşlı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31