Bakıda qatar "KamAZ"la toqquşdu
Hadisə Binə qəsəbəsində, qorunmayan keçiddə baş verib
12 Sentyabr 2012 16:49 KriminalBu gün saat 14:00 radələrində Bakıda ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, Binə qəsəbəsi ərazisində yanacaqdaşıyan qatar "Kamaz" markalı yük maşını ilə toqquşub. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə faktı təsdiqləyib.
Ьətbuat katibliyinin rəisinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dəmiryolunun qorunmayan keçidində baş verib. Dübəndi stansiyasına gedən yanacaq məhsulu daşıyan qatar yük maşınını vuraraq yoldan çıxarıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Ərazidə yol açıqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31