Bakıda 22 yaşlı arvadını öldürən qısqanc kişidən yeni xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1979-cu il təvəllüdlü Rabil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə k keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham olunan şəxs özünü qismən təqsirli bilib. R.Abbasov  ifadə verib. O, ifadəsində həyat yoldaşının mobil telefonda mesaj yazdığının şahidi olduğunu deyib: "Yuxudan ayıldım, gördüm telefonda nəsə edir. Məni gördü, gizlətdi. Telefonu götürdüm, gördüm oğlanla yazışır. Mənə xəyanət edir.  Xəyanət etdiyi üçün də ölməli idi".
Qeyd edək ki, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi bina 6 mənzil 10 ünvanında fərdi yaşayış evində yaşayan 1979-cu il təvəllüdlü Rabil Abbasov qısqanclıq zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Bağırovanı bıçaqlayaraq qətlə yetirib.
Qeyd edək ki, bu onların hər ikisinin ikinci nikahı olub. Birgə nikahdan iki övladları olub. Heç bir yerdə işləməyən Abbasov əvvəllər xuliqanlıq və narkotik vasitələrdən istifadə, daşıma və satma maddəsi ilə məhkum olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31