Ər arvadının qanını tökdü - Şəmkirdə

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 10-da səhər saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Samirə Abbasova ailə münaqişəsi zəmində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Qadın qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Üzərində cərrahiyyə əməliyyatı aparılan S. Abbasovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31