Maştağada Gürcüstan vətəndaşını qanına qəltan elədilər
10 Fevral 2015 11:23 KriminalBakıda bıçaqlanmaya görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 5-də saat 04:25 radələrində, Maştağa qəsəbəsində Gürcüstan vətəndaşı 1972-ci il təvəllüdlü Fərhad Abdıyevə çoxsaylı bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ələkbər Mustafayev tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31