Keçmiş məhkum yarım kiloqram heroinlə tutuldu

Biləsuvar şəhər sakinindən 510 qr heroin götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini Qədir Bəşirovdan 510 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Q. Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31