SOCAR-ın adı ilə dələduzluq

Binəqədi rayon sakini Ağayev Elbrus Rəmzi oğluna işə düzəlmək üçün 13 min manat pul verib

  Bakıda SOCAR şorkətinin adından istifadə edilərək dələduzluq edilib.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən Sabunçu rayon Maştağa qəsəbə sakini, 1981-ci il təvəllüdlü Camalov Həmid Məşədibaba oğlu bildirib ki, külli miqdarda pulu mənimsənilib.

Şikayətçinin sözlərinə görə, 2014-cü ilin 20 sentyabr tarixində İstiqlaliyyət küçəsi 26-da (Sabir bağı) tanışı, Binəqədi rayon sakini Ağayev Elbrus Rəmzi oğluna işə düzəlmək üçün 13 min manat pul verib.

E.Ağayev H.Camalova söz verib ki, onun Azərbaycan Dövlət Neft Şirkətində işə düzəldəcək. Lakin sonradan məlum olub ki, H.Camalov pulu mənimsəyib və vəsaiti geri qaytarmaq fikrində deyil.

Müraciət əsasında zəruri araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31