Bakıda quldurluq edən 18 yaşlı gənc Şirvanda saxlanıldı

Bakıda qadına qarşı fiziki zorakılıqla quldurluq edən 18 yaşlı gənc saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ötən ilin dekabrın 22-də gecə saatlarında R.Axundov küçəsində Bakı şəhər sakini Sevər Bəşirovaya fiziki təzyiq edərək, ona bədən xəsarəti yetirib içərisində 65 manat, 2 ədəd mobil telefon və şəxsi sənədləri olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Mahmud Hüseynzadə maddi sübutla birlikdə Şirvan şəhərində tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31