“Bandotdel”dən daha bir əməliyyat
Əməliyyat zamanı narkotik maddə satan şəxs iş başında tutuldu
6 Fevral 2015 13:49 KriminalBakı şəhər sakini Əsgər Camalovdan narkotik vasitə aşkar edilərək götürülüb. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindnə keçirilib. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Camalov 1,09 qram marixuananı satarkən tutulub. Onun Abşeron rayonu ərazisindəki evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram marixuana, 505 qram həşiş və 106,150 qram heroin də aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31