Güclü sel Lənkəran çayını daşdırdı

Bir nəfər ölümdən qurtuldu

Lənkəranda güclü yağışlar təhlükəli vəziyət yaradıb . Bu barədə Fövqəladə Hallar Nazirliyi məliumat yayıb. "OLAYLAR"ın nazirlyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Əşlə kəndində Lənkəran çayının daşması nətiçəsində çayı keçmək istəyən 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri həmin şəxsi kəndir vasitəsilə çaydan çıxarıb və aidiyyətı  üzrə təhvil verib. Əməliyyat saat 15:57- də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31