Lənkəranda uşaq valideynlərinin gözü önündə can verdi
"VAZ-2107" yolu keçən 3 piyadanı birdən vurub
6 Fevral 2015 10:33 KriminalLənkəranda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Şıxəkəran kəndində "VAZ-2107" markalı avtomobil yol ilə keçən bir ailənin 3 üzvünü vurub.Qəza nəticəsində 39 yaşlı Oruc Rəhimov, həyat yoldaşı 38 yaşlı Elnarə və qızı 8 yaşlı Tünzalə ağır xəsarətlər alıblar. Tünzalə Rəhimova aldığı xəsarətdən hadisə yerindəcə keçinib.Oruc və həyat yoldaşı Elnarə Rəhimova isə ağır halda Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Elnarənin xəsarətləri daha ağır olduğundan gecə saatlarındaca paytaxta yola salınıb.Hadisəni törətməkdə təqsirli bilinən avtomobilin sürücüsü, Masallı rayonu Mololan kənd sakini 26 yaşlı Saleh Rzayev saxlanılıb. İstintaqa verdiyi ilkin ifadədə sürücü qəzaya səbəb kimi gecə əks tərəfdən gələn maşının gözünə işıq saldığını, yolun sağ tərəfilə hərəkət edən piyadaları görməsinə mane olduğunu deyib.Faktla bağlı Lənkəran rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.