Həmkəndlisini bıçaqlayan 20 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış fevralın 17-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il oktyabr ayın 3-də Xəzər rayonu Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranan mübahisə zəminində həmyerlisi Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb. A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub. Faktla bağlı Xəzər rayon Prokurorluğunda A. Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31