Balakən məhkəməsində qətl
5 Fevral 2015 12:44 KriminalFevralın 4-də Balakən rayon məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirmişdir. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılmış və orada aldığı xəsarətlərdən ölmüşdür. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir. E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31