Tofiq Yaqublunun qızı həbs olundu

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu həbs olunub."Qafqazinfo"nun məlumatına görə, artıq Facebook sosial şəbəkəsində Müsavat Partiyası Məclisinin üzvü Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunan Nigar Yaqublunun məhz Tofiq Yaqublunun qızı olduğu bildirilib.Qeyd edək ki, məlumatda bildirilir ki, ilkin araşdırma zamanı Nigar Yaqublu qeyri-səmimilik göstərərək avtomobilin mərhum Aydın Acalov tərəfindən idarə edildiyini bildirib. Lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri, şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və toplanmış digər sübutlarla avtomobilin sürücülük hüququ olmayan N.Yaqublu tərəfindən idarə olunduğu və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyi müəyyən edilib.Abşeron rayon məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31