Bakının mərkəzində KÜTLƏVİ DAVA: yaralılar və xeyli həbs edilən var

Hadisədə iştirak etmiş 4 nəfər həbs edilib

Bakının mərkəzində gecə saatlarında kütləvi dava-dalaş olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində, 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqlanıb. Onlara xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri - 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31