Anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
5 Fevral 2015 11:26 KriminalBakıda anasını qətlə yetirməkdə şübhəli bilinən 23 yaşlı gənc tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Qusar rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsi yerləşən modalar evində dərzi işləyən anası 1967-ci il təvəllüdlü Sevinc Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində müəyyən olunaraq tutulub. Faktla bağlı araşdırmalar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31