Bakıda rəfiqəsinə qarşı cinayət törədən 25 yaşlı qız tutuldu
4 Fevral 2015 19:40 KriminalBakıda 25 yaşlı qadın oğurluq etdiyinə görə həbs edilib. Lent.az-ın məlumatına görə, Səbail RPİ 8-ci PB-yə müraciət edən 1991-ci il təvəllüdlü Şəfəq Şıxcanova yanvarın 30-da onun evində qonaq olan rəfiqəsinin mənzildən mobil telefon və 1050 manat pul oğurladığını deyib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xanlar küçəsi 12, mənzil 9-da oğurluq etmiş 1990-cı il təvəllüdlü Aygün Məmmədova müəyyən edilib və tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31