Bakıda mənzillərə qənim kəsilənlər tutuldular

Onlar mənzilinin açıq qapısından daxil olmaqla soyğunçuluq əməli törədiliblər

Bakıda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bakı şəhər BPİ-dən Anspress-ə verilən məlumata görə, yanvarın 29-da günorta saatlarında Telnov küçəsi Tərlalə Əliyevanın mənzilinin açıq qapısından daxil olmaqla soyğunçuluq əməli törədilib. Soyğunçuluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri 1991-ci il təvəllüdlü Günay Şirinova, 1983-cü il təvəllüdlü Elvin Mahmudov və qardaşı 1981-ci il təvəllüdlü Elşən Mahmudov idarə etdiyi "Qaz-21" markalı avtomobillə saxlanılaraq Xətai RPİ İstintaq Şöbəsinə təhvil verilib. Şübhəli şəxslərin saxlanılmasına DİN Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ 34-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində nail olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31