Bakıda külli miqdarda narkotik satan şəxslərə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Ruslan Abdullayev, Taleh Bağırov və Yaqub Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə, R. Abdullayev və Yaqub Novruzov 11 il 6 ay, Taleh Bağırov isə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Bakı sakini Taleh Bağırov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Abdullayev və Yaqub Novruzov saxlanılıb. Axtarış zamanı onlardan ümumilikdə 1 kq 41 qram heroin müsadirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31