Polis reyd keçirdi: Külli miqdarda narkotik ələ keçirildi
Narkotik vasitə avtomaşının arxa oturacağında aşkarlanıb
4 Fevral 2015 15:02 KriminalLənkəran polisi keçirdiyi növbəti əməliyyat zamanı 1 kq 230 qram çəkidə narkotik vasitə olan tiryəki dövriyyədən çıxarıb. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran polisinin rayon əraziisndə keçirdiyi növbəti reyd zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən 38 yaşlı şəhər sakini Anar Ramazanov saxlanılıb. Müstəntiq Toğrul Hüseynovun bildiridiyinə görə, polis şöbəsində Anar Ramazanovun idarə etdiyi VAZ 2107 avtomaşına baxış keçirilərkən avtomaşının arxa oturacağında 5 ədəd selofan torbada külli miqdarda, 1 kq 230 qram çəkidə narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülüb. Saxlanılan Anar Ramazanov barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İndi Anarı tutduğu əmələ görə 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Amma bu onun ilk məhkumluğu olmayacaq. Bundan əvvəl də Anar Ramazanov xuliqanlıq əməlinə görə 5 il məhkumluq həyatı yaşayıb.