Quldurluqla taksi sürücüsünün avtomobilini ələ keçirdilər

Paytaxtda taksi sürücüsünə qarşı quldurluq etmiş gənc tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir nəfər yanvarın 10-da saat 03:45 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin kimi əyləşib. Daha sonra həmin şəxs Ələt qəsəbəsində sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu ilə onun avtomobilini ələ keçirib. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmədkə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31