Bakıda mənzildən oğurluq edən qadın tutulub

Bakıda mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da Xanlar küçəsində Şəfəq Şıxcanovaya məxsus mənzildən 1050 manat pul və mobil telefon oğurlanıb. Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Aygün Məmmədova tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31