Bakıda banan oğrusu tutuldu

Bakıda bazarda banan oğurlamış şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 3-də günorta saatlarında Lökbatan qəsəbəsində yerləşən topdansatış bazarında Lənkəran rayon sakini Laiq Hüseynova məxsus 19 kiloqram banan oğurlanıb. Qaradağ rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini 1976-cı il təvəllüdlü Mirhəşim Seyidov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31