Bakıda saxta zərgərlik məlumatları satan dələduz qadınlar tutulub
4 Fevral 2015 11:57 KriminalBakıda 42 min manatlıq saxta zərgərlik məlumatları satan iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il avqust ayında Bakı şəhər sakini Gülşən İmranovanın etibarından sui-istifadə edərək 42000 manat dəyərində saxta zərgərlik məmulatları satmaqla dələduzluq əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulublar.
Qeyd edək ki, dələduzluq etmiş qadınları hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31