Bakıda dəhşətli ailə faciəsi: arvadını öldürüb damarlarını kəsdi
Hadisə qadının kirayə yaşadığı evdə baş verib
4 Fevral 2015 11:33 KriminalBakı şəhərinin Nərimanov rayonunda dəhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, Y.V.Çəmənzəminli küçəsi 106, mənzil 44-də kirayədə yaşayan 1987-ci il təvəllüdlü Muradova Nubar Cuma qızı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Kazımov Qurban Əflatun oğlu tərəfindən amansızlıqla öldürülüb. Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər alan 28 yaşlı qadın hadisə yerindəcə keçinib. Q.Kazımov hadisəni törətdikdən sonra bıçaqla öz bilək damarlarını kəsib. İntihar etmək istəyən 33 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə iş başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31