Məhşur prodüseri hansı cəza gözləyir?
3 Fevral 2015 13:26 KriminalXəbər verildiyi kimi qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinən məşhur prodüser Vəfa Vaqifqızı həbs olunub. Haqqında 2 aylıq həbs qəti imkan tədbiri çıxarılan prodüser, qeyd edək ki, bir neçə məşhur müğənni ilə birgə çalışıb. Eyni zamanda bir neçə verilişin prodüseri olub. Hazırda V.Vaqifqızı Bakı İstintaq təcridxanasında saxlanılır. Ardınca yayılan məlumata görə, müğənni Maral Tahirqızı da Xətai Rayon Polis İdarəsinə çağrılaraq ifadəsi alınıb. Maraqlıdır, qadınları fahişəliyə cəlb edən şəxsləri hansı cəza gözləyir? Ümumiyyətlə, fahişəliyə cəlb etmə nədir və hansı əməllər bu cinayət kimi qiymətləndirilir? "Olaylar"-ın məlumatına görə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə, fahişəlik dedikdə, mükafat müqabilində, qabaqcadan mükafat barəsində razılaşmaqla müxtəlif şəxslərlə mütəmadi olaraq (yəni dəfələrlə) cinsi əlaqəyə girmə başa düşülür. Fahişəliyə cəlb etmə isə, heç olmazsa bir şəxsi fahişəliklə məşğul olmağa təhrik edən, onda belə meyl yaradan istənilən hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 243-cü maddəsində fahişəliyə cəlb etmənin həm zorakı (zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələmə, naştaj, əmlakı məhv etmə və ya zədələmə), həm də qeyri-zorakı (aldatma) üsulları nəzərdə tutulub. Hər hansı üsuldan biri olduqda, artıq bu cinayətin törədilməsindən söhbət gedə bilər. Şəxs başqasını bu üsullardan biri ilə fahişəliyə cəlb edirsə, CM-in 243-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə cəzalandırılır. Şəxsin törətdiyi əməlin xarakterindən asılı olaraq, CM-in 243-cü maddəsində cəzalar nəzərədə tutulub. Cinayət Məcəlləsinin 243-cü maddəsində fahişəliyə cəlb etmə əməlinə görə cəzalar nəzərtə tutulub. Bu cinayətin cəzası əməlin xarakterindən asılı olaraq cərimədən başlayaraq azadlıqdan məhrum etməyə qədər dəyişir. 243.1-ci maddəyə görə - Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 243.2.-ci maddəsində nəzərdə tutulur ki, eyni əməllər: şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə- üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.