Bakıda qətl törədən şəxs yaxalandı

Bakıda qətl törətmiş şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də saat 21:45 radələrində, Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Namiq Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Mustafayev tutulub. Başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31