Yağış gözətçini təhlükədə qoydu

Ağdaş rayonunda, Türyançay su qovşağının yaxınlığında güclü yağış nəticəsində gözətçi otağını su basması və 1 nəfərin orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb edilib və  onlar Türyançay su qovşağının gözətçi otağında köməksiz vəziyyətdə qalmış şəxsi müvafiq qaydada xilas ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31