Qayınatasının evində arvadının qanını tökdü: "Onu yataqda başqa kişi ilə..."
3 Fevral 2015 11:31 KriminalBakıda ər arvadını bıçaqlayıb. Lent.az-ın Vesti.az-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, 33 yaşlı Bəhram Quliyev 31 yaşlı həyat yoldaşı Gülnaz Quliyevanı (ad şərtidir) sinə nahiyəsindən çoxsaylı bıçaq zərbələri vurub. Nəticədə ağır yaralanmış qadın xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, cinayət qadının atasının evində baş verib. Hazırda qadının vəziyyəti stabildir. Həmçinin, B. Quliyev də polisə təslim olub. Dindirilmə zamanı o, iddia edib ki, arvadını ona xəyanət etdiyi üçün cəzalandırıb. Belə ki, o, evə gələrkən arvadının yataqda başqa kişi ilə tutub. Faktla bağlı istintaq aparılır, cinayətin motivləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31