Şəkili cibgir Bakıda tutuldu

Şəkili cibgir Bakıda narkotiklə tutuldu. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə çoxsaylı oğurluq cinayətlərində şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Polad Əfəndiyev müəyyən olunaraq tutulub. Saxlanılarkən şübhəli şəxsin üzərindən 1,735 qram tiryək aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31