Tövlə və 4 ton ot yandı, inək isə tüstüdən boğuldu
11 Sentyabr 2012 18:00 KriminalMasallı rayonu, Yeddioymaq kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlə yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində tövlənin 25 kv.m sahədə yanar konstruksiyaları və içərisinə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31